BAKI, 20 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. Həmsöhbətlər Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar.
Ticarət dövriyyəsinin həcmlərinin dinamikasına, eləcə də birgə proqramların icrasının gedişinə istinad edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.