BAKI, 12 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə mümkün səfəri ilə bağlı KİV-də yayılmış məlumatla bağlı rəsmi açıqlama verilib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Ermənistan KİV-in aydınlaşdırıcı sualına cavab olaraq Baqdasaryan belə cavab verib:

“Ermənistan Respublikasının baş nazirinin bütün beynəlxalq səfərləri ilə bağlı lazımi məlumat vaxtında verilir”.

***

16:59

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “24News” yüksək səviyyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Paşinyanın Ankaraya səfəri iyunun 20-ə planlaşdırılıb. Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulur.

Görüş zamanı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə olunacağı bildirilir. Həmçinin, gündəlikdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair məsələlərin və digər regional mövzuların da yer alacağı qeyd olunur.