TOVUZ, 22 sentyabr. TELEQRAF

Bu gün axşam saatlarından etibarən Tovuz rayonunun Çobansığnaq kəndi ərazisinə dolu yağıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, dolu təxminən 8 - 10 dəqiqə davam edib.

İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində yol infrastruktruna və ağaclara ziyan dəyib.

Məlumat üçün bildirək ki, axşam saatlarından etibarən qərb bölgəsində yağışlı hava şəraiti davam edir.