BAKI, 22 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri, Baş nazirin müavini Anita Orbanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.