TBİLİSİ, 28 may. TELEQRAF
"Gürcüstan-Azərbaycan dostluğu və əməkdaşlığı dəyişən və çağırışlarla dolu dünyada xüsusi əhəmiyyət daşıyır".
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Spiker Gürcüstanın regional sabitliyin təşviqində Azərbaycanla birgə çalışmağa hazır olduğunu bildirib.
Ş.Papuaşvili Gürcüstanla Azərbaycan arasında parlamentlər səviyyəsində əməkdaşlığın intensiv formada inkişafından məmnunluq ifadə edib.