TBİLİSİ, 30 aprel. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının yeni sədri mayın 7-də keçiriləcək qurultayda seçiləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın Siyasi Şurasının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, qurultayda Siyasi Şuranın yenilənmiş tərkibi də təsdiqlənəcək.
Qeyd edək ki, “Gürcü Arzusu”na 2024-cü ilin fevralından sədrlik etmiş İrakli Qaribaşvili aprelin 25-də istefa verib. O, siyasətdən də getdiyini bildirib.