TBİLİSİ, 25 aprel. TELEQRAF

2024-cü ildə Gürcüstanı 2 209 nəfər Azərbaycan vətəndaşı tərk edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.

Sənədə əsasən, illik müqayisədə vətəndaşların sayı 263 nəfər artıb. Onların 1 552-si kişi, 657-si isə qadın olub.

Ötən il Gürcüstana mühacir edən 4 556 nəfər Azərbaycan vətəndaşı olub ki, onların sayında illik müqayisədə 255 nəfərlik artım qeydə alınıb. Həmin şəxslərin 3 343-ü kişi, 1 213-ü isə qadın olub.

Hesabat ilində Gürcüstanı ən çox ölkə vətəndaşları tərk edib. Onların sayı 64 594 nəfərdir. Say baxımından ikinci yerdə 25 612 nəfərlə Rusiya, üçüncü yerdə isə 4 290 nəfərlə Ukraynadır.

Qeyd edək ki, ötən il Gürcüstanı tərk edənlərin ümumi sayı 121 425, ölkəyə gələnlərin ümumi sayı isə 135 811 nəfər təşkil edib.