TBİLİSİ, 25 aprel. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili vəzifəsini tərk edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə o özü partiyanın baş qərargahında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, siyasətdən getsə də, “Gürcü Arzusu”nun tərəfdarı olaraq qalacaq.

Qeyd edək ki, İ.Qaribaşvili 2024-cü ilin fevralın 1-də hakim partiyaya sədr seçilib. O, 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri olub, bu vəzifəni 2013-2015-ci illərdə də tutub.