TBİLİSİ, 25 aprel. TELEQRAF
Ötən il 121 425 nəfər Gürcüstandan mühacirət edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatından məlum olur.
İllik müqayisədə qonşu ölkəni tərk edənlərin sayında 50,5% artım qeydə alınıb.
2024-cü ildə Gürcüstana mühacir edənlərin sayı isə illik müqayisədə 34% artaraq 135 811 nəfər təşkil edib.
Hesabat ilində qonşu ölkədən mühacirət edənlərin 85,6%-ni, immiqrantların isə 85,8%-ni əmək qabiliyyətli yaşda (15-64 yaş qrupu) olan şəxslər təşkil edib.
Ötən il immiqrantların 48,2%-i, emiqrantların isə 53,2%-i Gürcüstan vətəndaşları olub.