TBİLİSİ, 23 aprel. TELEQRAF
“Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ermənistanın səfiri Aşot Smbatyanla keçirdiyi görüşdə deyib.
Görüşdə regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Tərəflər, həmçinin Gürcüstan-Ermənistan əlaqələri və parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, komitələrin birgə iclaslarının təşkili məsələlərinin müzakirəsini aparıblar.