TBİLİSİ, 23 aprel. TELEQRAF

Gürcüstanda QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi üzrə Agentlik yaradılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Sənədə əsasən, agentlik Tbilisidə, hökumət administrasiyasının binasında yerləşəcək. Qurumun rəhbərini hökumət başçısı təyin və azad edəcək.

Agentliyin direktoru vəzifəsinə Tamar Zodelava təyinat alıb.

Qeyd edək ki, yeni qurumun yaradılmasını bu ilin fevralında Gürcüstan parlamenti dəstəkləyib. Agentliyin təsis olunmasının məqsədi fəaliyyətləri Gürcüstanın prioritet inkişaf istiqamətlərinə töhfə verəcək yerli QHT-ləri dövlət büdcəsi hesabına dəstəkləməkdən ibarətdir. 2025-ci il dövlət büdcəsindən agentliyin yaradılması və fəaliyyəti, həmçinin qrantların verilməsi üçün 20 milyon lari (12,3 milyon AZN) həcmində vəsait ayrılıb.