TBİLİSİ, 22 aprel. TELEQRAF
Gürcüstanın Qardabani rayonunda yerləşən göldə üç nəfərin meyiti aşkarlanıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumatlara əsasən, həmin şəxslər Telavi rayonunun Kvemo Xodaşeni kəndindən olan ata və onun azyaşlı uşaqlarıdır.
Həmkəndliləri bildiriblər ki, ata və övladlarını iki gündür axtarırdılar və hüquq-mühafizə orqanlarının əməkdaşları onları ötən gün tapıblar.
Atanın iki uşağı ilə birgə Qardabaniyə balıq tutmağa getdiyi ehtimal olunur.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə araşdırmalara başlanılıb.