TBİLİSİ, 22 aprel. TELEQRAF
Gürcüstanın ali məktəblərinin bakalavr pilləsində gürcü dilinin öyrənilməsi məcburi olacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı hazırlanmış qanun layihəsi bu gündən parlamentin müzakirəsinə çıxarılır.
Sənəddə qeyd olunub ki, qanuna dəyişikliklər gürcü dilinin populyarlaşmasına təkan verəcək, tələbələrin gürcü dilini və ədəbiyyatını mükəmməl mənimsəməsinə imkan yaradacaq.
Gürcü dilinin bu il oktyabrın 1-dən məcburi fənn olacağı gözlənilir.
Qeyd edək ki, qonşu ölkənin universitetlərinin bütün fakültələrində gürcü dilinin tədrisi 2005-ci ilədək məcburi olub. İslahatlardan sonra gürcü dili seçim üzrə fənnlər kateqoriyasına daxil edilib.