BAKI, 22 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı Azərbaycanın tələbini əsaslandırmağa çalışır.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

“Nikol Paşinyan bəyan edib ki, Ermənistan konstitusiyası xalqın iradəsini ifadə etmir. Əslində Nikol bununla Türkiyə və Azərbaycanın tələblərini əsaslandırmağa çalışır”, - ekspert bildirib.

Poqosyan Ermənistan baş nazirinin yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğu barədə bəyanatını da bu kontekstdə şərh edib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu bəyan etmişdi. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bəyannamədən gedir. Yeni dəyişikliklə bu istinadın Ermənistan konstitusiyasından çıxarılacağı gözlənilir. Bu, sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbidir.