TBİLİSİ, 17 aprel. TELEQRAF

“Azərbaycan Gürcüstanın çox mühüm strateji, Qərblə Şərqin, Avropanın Asiya ilə birləşdirilməsi kontekstində əvəzolunmaz tərəfdaşıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili ölkə prezidentinin Bakıya səfərini dəyərləndirərkən deyib.

O, yerli mediaya açıqlamasında səfərin maraqlı və əhəmiyyətli olduğunu qeyd edərək Bakıda kifayət qədər zəruri və səmərəli görüşlərin baş tutduğunu bildirib.

Gürcüstan parlamentinin I vitse-spikeri Gia Volski də dövlət başçısı Mixeil Kavelaşvilinin Azərbaycana səfərini vacib adlandırıb. O, Azərbaycanla strateji tərəfdaşlığın yalnız Gürcüstanın deyil, dünyanın aparıcı ölkələri və birliklərinin marağına da cavab verdiyini vurğulayıb.