TBİLİSİ, 16 aprel. TELEQRAF
“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıda keçirdiyi görüşlərdə gənclərin mübadiləsi proqramlarının vacibliyi də vurğulanıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mübadilə proqramları və birgə forumların təşkili həm iki ölkənin bir-biri ilə daha da yaxınlaşmasına, həm də iki qardaş xalqın bir-biri haqqında daha çox məlumat əldə etməsinə imkan verə bilər.
“Bu, əlbəttə ki, iki dövlət arasında təkcə siyasi deyil, həm də xalqlararası əlaqələri daha da gücləndirəcək”, - G.Mikanadze söyləyib.