TBİLİSİ, 16 aprel. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 28-29-da Ermənistana rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib.
Sənədə əsasən, dövlət başçısının Gürcüstanla Ermənistan arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan prezidenti, baş naziri, parlament sədri və ali patriarxı ilə görüş keçirməsinə razılıq verilib.