
TBİLİSİ, 23 mart. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı ilə görüşüb.
İ.Kobaxidze “X” hesabında yazıb ki, bu gün N.Paşinyanla birgə Gürcüstan və Ermənistanın milli yığmaları arasında Tbilisidə keçiriləcək futbol matçını izləyəcək.
Baş nazirlər arasında keçirilmiş görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətlərin pozitiv inkişaf dinamikası vurğulanıb. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın xüsusi əhəmiyyətini, birgə səylərin regionda sülhün və sabitliyin təmin edilməsində rolunu qeyd ediblər.
Xatırladaq ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Ermənistan arasında ilk oyun martın 20-də İrəvanda baş tutub. Gürcüstan millisi Ermənistanı 3:0 hesabı ilə məğlub edib.