BAKI, 22 aprel. TELEQRAF

İsrail Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyinin sosial media hesabında paylaşım edilib.

Paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümünə həsr olunub.

"İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsrail ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın bundan sonra da daha da güclənəcəyinə səmimi ümidimizi ifadə edirik. Müstəqillik Günün mübarək, İsrail", - paylaşımda qeyd olunub.