BAKI, 22 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq istədiyini, lakin maliyyə baxımından çətin vəziyyətdə olduğunu iddia edib.

Teleqraf xəbər verir ki, Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada bildirib ki, İran ciddi maliyyə böhranı yaşayır və gündəlik böyük həcmdə vəsait itirir.

O, həmçinin qeyd edib ki, İranın hərbi və polis strukturlarında əməkhaqlarının ödənilməsi ilə bağlı problemlər yaranıb.

Xatırladaq ki, daha əvvəl analitik Mark Sleboda İranın Hörmüz boğazını bağlamasının Tramp üçün gözlənilməz olduğunu bildirmişdi.