
TBİLİSİ, 14 mart. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) yeni mədəniyyət naziri Elisso Bolkvadze Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Fuad Əzizovla görüşüb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Acarıstan MR-in Mədəniyyət Nazirliyindən bildirilib.
Söhbət zamanı E.Bolkvadze Acarıstan Mədəniyyət Nazirliyinin beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələrə diqqət çəkib.
F.Əzizov naziri yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin dərinləşməsində mədəniyyətin rolunu vurğulayıb.