
TBİLİSİ, 14 mart. TELEQRAF
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının başa çatdırılmasının elan edilməsini alqışlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
S.Zurabişvili bildirib ki, sülh sazişi üzrə razılaşma Cənubi Qafqaz bölgəsində dayanıqlı sabitlik üçün mühüm addımdır.
“Bu tarixi nailiyyət sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır”, - eks-prezident qeyd edib.