BAKI, 22 aprel. TELEQRAF

“İsrail Müdafiə Qüvvələri İran da daxil olmaqla, bütün cəbhələrdə müharibəyə qayıtmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

“Mürəkkəb günlərdən keçirik. Hazırda döyüşçülərimiz bütün cəbhələrdə yerləşdirilib və fasiləsiz, böyük fədakarlıqla həyatlarını riskə atırlar. Hərbi gücümüzün daha da möhkəmləndirilməsi üzərində çalışırıq. “Heç kimi geridə qoymamaq” prinsipinə sadiqik. İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qəzzadan bütün girovları geri qaytarıblar. Bu fonda Livanda şimal yaşayış məntəqələrinin müdafiəsini gücləndirmək üçün intensiv əməliyyatlar aparırıq. İranda da mübarizəmizi davam etdiririk. İsrail Müdafiə Qüvvələri yüksək hazırlığını və ayıq-sayıqlığını qoruyur və bütün cəbhələrdə müharibəyə qayıtmağa hazırdır”, - Baş Qərargah rəisi vurğulayıb.