BAKI, 22 aprel. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək.
Teleqraf “Sporx” nəşrinə istinadla xəbər verir ki, "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandeş İstanbul təmsilçisinin maraq dairəsinə düşüb.
“Cimbom” 31 yaşlı portuqaliyalı futbolçunu gələn yay transfer dönəmi üçün əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Klub rəhbərliyinin transferi reallaşdırmaq üçün büdcədən əlavə vəsait ayırmağa hazır olduğu qeyd olunur.
İddialara görə, mümkün transferin məbləği təxminən 40 milyon avro qiymətləndirilir. İngiltərə klubunda illik 12 milyon avro maaş alan Fernandeşə “Qalatasaray”ın eyni maliyyə şərtlərini təklif etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 32 oyunda meydana çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.