BAKI, 22 aprel. TELEQRAF

Azərbaycan transsərhəd ekoloji məsələlərin həlli üçün birgə səylərin gücləndirilməsinin və əlaqələndirilmiş yanaşmanın tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.

Baş nazir vurğulayıb ki, rəsmi Bakı beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır:

"Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqdir və ümumi məqsədlərimizə nail olmaq üçün aktiv töhfə verməyə hazırdır. Transsərhəd ekoloji problemlərin həllində birgə səylərin daha da möhkəmləndirilməsi və fəaliyyətin uzlaşdırılması zəruridir".