BAKI, 22 aprel. TELEQRAF

Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu, qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək.