BAKI, 22 aprel. TELEQRAF
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin saytı çox köhnə formada idi, buna görə saytı yenilədik.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əliyev AQC-nin yeni saytının təqdimatı zamanı deyib.
O bildirib ki, yeni sayt müasir standartlara uyğundur.
"Saytda bir neçə xüsusi bölmə var. Tikinti və söküntü məsələlərində insanlar çox problem yaşayır. Saytda həmin problemlərlə bağlı "Tikinti və köçürülmə üzrə qiymətləndirmə və konsultasiya komissiyası" bölməsi də var", - o vurğulayıb.