BAKI, 22 aprel. TELEQRAF
“Kiyev Latviya, Litva və Estoniyaya Rusiyanın informasiya hücumları və Ukrayna dronlarına hava məkanının verilməsi ilə bağlı ittihamlar fonunda kömək edəcək”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Ruslar hazırda Baltikyanı ölkələrdə informasiya sahəsində aktiv işləyirlər. Onlar bu ölkələrin Ukrayna dronlarına hava məkanlarından istifadəyə icazə verdiklərinə dair siqnal göndərirlər. Başqa məqamlar da var”, - XİN rəhbəri vurğulayıb.
Sibiqa əlavə edib ki, Baltikyanı ölkələr Rusiyanın təhdidləri ilə bağlı gərginliyi azaltmaq üçün Ukraynadan kömək istəyirlər:
“Əlbəttə, dostlarımıza kömək edəcəyik”.