TBİLİSİ, 12 mart. TELEQRAF

Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çəriçivəsində ötən ay 85 əcnəbi ölkədən çıxarılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Məlumata əsasən, xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə ölkədən məcburi çıxarılıb.

Qonşu ölkədən çıxarılanlar İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşlarıdır. Onların Gürcüstana girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.