TBİLİSİ, 8 mart. TELEQRAF

Ermənistanda baş vermiş 5,1 maqnitudalı zəlzələ Gürcüstanda hiss olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yeratlı təkanları Tbilisidə də hiss etmək mümkün olub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 09:26-da Ermənistanda, Gürcüstan sərhədinin 45 kilometrliyində qeydə alınıb.