
TBİLİSİ, 7 mart. TELEQRAF
Gürcüstan Türkmənistandan enerji resurslarının tədarükündə maraqlıdır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, Türkmənistanda keçirilmiş görüşlərdə əsas mövzulardan birinin energetika olduğunu qeyd edib.
“Türkmənistan zəngin enerji resursları ilə seçilən ölkədir. Biz bu ölkəyə enerji resurslarının tranziti məsələsində konkret kömək təklif edə bilərik. Bundan başqa, biz Türkmənistandan enerji resurslarının alınmasında maraqlıyıq. Bu məsələlərlə bağlı çox maraqlı danışıqlar oldu və hesab edirəm ki, yaxın gələcəkdə imzalanmış sazişlər əsasında münasibətlərimizdə irəliləyişə nail ola biləcəyik”, - İ.Kobaxidze deyib.