BAKI, 6 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlük prosesindən tamamilə geri çəkilmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Past" məlumat yayıb.

Erməni nəşri bildirir ki, parlamentin Avropaya İnteqrasiya Komitəsi tərəfindən Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı layihənin ikinci oxunuşda səsverməsi iki aya qədər təxirə salınıb:

"Səbəb texnikidir, daha dəqiq desək, komitənin məsələnin gündəliyə daxil edilməsi üçün müzakirə təşkil etməyə və nəzərdə tutulan müddətdə səsverməyə vaxtının olmaması göstərilib. Amma əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan bu mövzudan tamamilə geri çəkilməyə meyllidir və layihə gələcəkdə parlamentin müzakirəsinə çıxarılmayacaq.

Qəzetin mənbələrinin bildirdiyinə görə, belə bir qərarın verilməsi üçün hazırkı təlatümlü geosiyasi dəyişikliklər əsas olub".