
BAKI, 5 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-nin Donald Tramp administrasiyası ilə münasibətləri pis durumdadır. Çünki Paşinyan ABŞ-də seçki kampaniyası zamanı Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyi üçün Ağ Evin qara siyahısına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri bildirir ki, Prezident Tramp bu cür addımları bağışlamır:
“Vitse-prezident Ceyms Devid Vensin Ağ Evdəki son görüş zamanı Zelenskinin seçki kampaniyası zamanı Harrisi dəstəkləmək üçün Pensilvaniyaya getməsini xatırlatması da, Paşinyana bir siqnal idi. Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts da bu məqsədlə Pensilvaniyada olmuşdu.
Paşinyanın ABŞ ilə münasibətlərində ən böyük problemi odur ki, onun nəinki yeni administrasiya ilə, hətta ermənipərəst fiqurlarla da yaxşı münasibətləri yoxdur. Dövlət katibi Marko Rubio, Vens və digər şəxslərlə əlaqələr qura bilməyib”.