
BAKI, 25 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan dövlət rəmzlərini dəyişdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, artıq baş nazir bununla bağlı komandasına müvafiq tapşırıqları verib:
“Paşinyan Konstitusiya Məhkəməsinin qapalı iclasında öz ideoloji mesajlarını verib, o, yeni dövrün yeni ideologiya tələb etdiyini, təkcə konstitusiya yox, himn, bayraq, gerb və digər dövlət rəmzlərinə də yenidən baxılmasını nəzərdə tutulduğunu bildirib. Paşinyan bununla “dördüncü respublika”nın əsasını qoyduğuna eyham vurub.
Yeri gəlmişkən, o, “İctimai” radioya müsahibəsində də buna bənzər bir şey söyləmişdi”.