
BAKI, 19 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan mart ayında komandasında ciddi kadr dəyişiklikləri edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.
“Hökumət dairələrində Nikol Paşinyanın yaz ərəfəsində komandada dəyişiklik qərarına gəldiyinə dair aktiv söhbətlər gedir. Həmin xəbərə görə, mart ayında həm partiya (“Vətəndaş Müqaviləsi”) daxilində, həm də hökumətdə ciddi kadr dəyişiklikləri gözlənilir”, - məlumatda deyilir.