BAKI, 19 oktyabr. TELEQRAF

Fransa daxili işlər naziri Loran Nunes ölkədə baş verən etirazlar fonunda istefa versə də, Prezident Emmanuel Makron bunu qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Daxili işlər naziri istefa ərizəsini respublika prezidentinə təqdim etsə də, prezident onu qəbul etməkdən imtina edib”, - məlumatda bildirilib.

Yelisey sarayından verilən açıqlamada qeyd olunub ki, Makron bu qərarı hazırkı şəraitdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə fasiləsiz rəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq qəbul edib. Fransa lideri Nunese mümkün qədər tez yerlərdə yeni fəaliyyət metodlarını tətbiq etməyi, eləcə də zorakılığa səbəb olan proqnozlaşdırma və məlumatlandırma sahəsindəki uğursuzluqlarla bağlı şəffaflığın təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyi tapşırıb.

Ötən şənbə günü Fransanın bütün ərazisində yaşayış xərclərinin və qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə yarım milyondan çox insan iştirak edib. Paris, Marsel, Nitsa, Lion və Lill də daxil olmaqla, bir neçə şəhərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib, həmçinin dağıntılar və talan hadisələri qeydə alınıb.