BAKI, 17 oktyabr. TELEQRAF

Ukraynanı qarşıda sərt qış mövsümü gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Latviya Baş naziri Andris Kulberqs Avropa İttifaqı sammiti ərəfəsində bildirib.

Ukrayna üçün "Starlink" peyk internet sisteminin həyati əhəmiyyət daşıdığını deyən hökumət başçısı Avropa tərəfdaşları üçün həmin sistemin bu ölkədə fasiləsiz işləməsini təmin etməyin çətin olduğunu vurğulayıb:

"Hətta maliyyə və siyasi dəstək təmin olunsa belə, ölkəni çətin sınaqlar gözləyir".