BAKI, 17 oktyabr. TELEQRAF

Böyük Britaniya, Fransa və Almaniya hərbçiləri noyabrda Polşada Ukraynada mümkün atəşkəsdən sonra Avropa qüvvələrinin yerləşdirilməsi ssenarisini məşq edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib.

Nazirin sözlərinə görə, təlimlərin məqsədi Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə hazırlığı yoxlamaqdır:

"Bununla Ukraynaya müharibədən sonra lazım olacaq hərbi hazırlıq və bərpa işlərinə dəstək göstərmək imkanlarımızı qiymətləndirəcəyik. NATO ölkələrindən 1,5 mindən az hərbçinin iştirakı nəzərdə tutulur".