BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" peyk rabitəsinə qoyulan məhdudiyyətləri hələ də tam aradan qaldırmayıb.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Starlink"in Ukrayna Silahlı Qüvvələri üçün fəaliyyətinə qoyulan məhdudiyyətlər hələ də tam aradan qaldırılmayıb. "SpaceX" internetin sürətini tədricən bərpa edir, lakin hələ tam həcmdə deyil", - V.Zelenski bildirib.