BAKI, 17 oktyabr. TELEQRAF
Oktyabrın 16-da polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.