BAKI, 17 oktyabr. TELEQRAF
Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Teleqrafın xəbərinə görə, hadisə Füzuli küçəsində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.