BAKI, 17 oktyabr. TELEQRAF
İngiltərənin “Tottenhem” klubu Braziliya millisinin və İspaniyanın “Real Madrid” komandasının üzvü Endriki heyətinə qatmaq istəyir.
Teleqraf “TeamTalk”a istinadən xəbər verir ki, London təmsilçisi qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
20 yaşlı futbolçu “Tottenhem”in transfer siyahısında yer alan beş hücumçudan biridir.
Digər namizədlər isə Portuqaliyanın “Benfika” klubundan Evangelos Pavlidis, İngiltərənin “Kristal Pelas” komandasından Jan-Filipp Mateta, Almaniyanın “Frayburq” klubundan İqor Matanoviç və İspaniyanın “Espanyol” komandasından Roberto Fernandesdir.
Qeyd edək ki, Endrik 2024-cü ildən “Real Madrid”də çıxış edir.