BAKI, 13 oktyabr. TELEQRAF

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Adino Mustedanaqiçin kollektivi Bakıda Çexiya təmsilçisi "Slaviya"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Matç rəqibin qələbəsi ilə bitib - 3:0.

Qeyd edək ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 0:5 hesabl ilə qolla uduzub, "Slaviya" isə evdə "Lans"a 2:1 qalib gəlib.