BAKI, 19 avqust. TELEQRAF
Böyük Britaniyanın Leyboristlər Partiyasının sədri Corc Qallovey Baş naziri Endi Börnemi ölkənin müharibələrdə iştirakına görə tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Böyük Britaniya hazırda Rusiya ilə müharibə aparır. Böyük Britaniya hazırda İranla müharibə aparır. Böyük Britaniya Fələstinlə müharibəni davam etdirir. Bir ay yarım üçün pis deyil, Endi Börnem”, - siyasətçi ironik şəkildə bildirib.
Xatırladaq ki, Endi Börnem iyul ayında Böyük Britaniyanın baş naziri seçilib. O, bu postda Kir Starmeri əvəz edib.