BAKI, 27 noyabr. TELEQRAF
Gürcüstanın Ankaradakı səfiri Kalandia Batumidə keçirilən UEFA Avropa Liqası oyununda baş verən hadisələrlə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, səfirə Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən hadisələrlə bağlı nota təqdim edilib.
Ankara hadisələrin bütün aspektlərinin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) klubları arasında keçirilən UEFA Avropa Liqasının oyununda baş verən insidentlər nəticəsində 16 nəfər saxlanılıb, üç polis əməkdaşı yaralanıb.