BAKI, 27 noyabr. TELEQRAF

Hindistanlı milyarder, ölkənin ən böyük motosiklet şirkətlərindən biri olan "TVS Motor"un sahibi Venu Srinivasanın qızı Lakşmi Venu birgə əldə etdikləri ailə aktivlərinin bölünməsi tələbi ilə Ali Məhkəmədə iddia qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə "India Today" televiziya kanalı məlumat yayıb.

Mübahisəyə səbəb Srinivasan ailəsinə məxsus aktivlərin birgə ailə mülkiyyəti olaraq qalıb-qalmaması olub.

Lakşminin vəkili Aryama Sundaram "India Today" qəzetinə bildirib ki, müvəkkili bərabər pay almaq hüququna malik olduğuna inanır. O qeyd edib ki, bir tərəfin 5%, digər tərəfin isə 95% pay aldığı nikah əmlakının bölünməsinə razı olması ehtimalı azdır.

Vəkilin sözlərinə görə, məhkəməyə getməzdən əvvəl Lakşmi atası ilə məsələni həll etməyə təxminən 18 ay sərf edib.