ASTARA, 27 noyabr. TELEQRAF
Astarada iki avtomobilin toqquşması nəticəsində 7 yaşlı qız ağır xəsarət alıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N.Əlizadə xəsarət alıb.
Yaralı uşaq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.