BAKI, 19 avqust. TELEQRAF

“NATO istənilən təhlükəyə qarşı mübarizəyə hazırdır və alyansın bütün üzvlərini müdafiə etmək üçün zəruri olan istənilən addımı atacaq”.

Teleqraf xəbər verir ki, bunu NATO rəsmisi İranın Avropadakı ABŞ hədəflərinə hücum etməyi nəzərdən keçirməsi ilə bağlı məlumatları “Reuters”ə şərh edərkən deyib.

“Bizim çəkindirmə və müdafiə imkanlarımız güclü və effektlidir”, - o bildirib.

NATO rəsmisi vurğulayıb ki, 40 günlük müharibə zamanı alyansın hava hücumundan müdafiə sistemləri dörd dəfə İran tərəfindən Türkiyəyə atılan ballistik raketləri məhv edib.