BAKI, 28 iyun. TELEQRAF
Fransanın şərqindəki Tomblen şəhəri yaxınlığında paraşütçüləri daşıyan təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində həyatını itirənlər arasında təyyarənin pilotu, 5 tələbə paraşütçü və 5 təlimatçı var.