BAKI, 29 may. TELEQRAF
Rumıniya Prezidenti Nikuşor Dan Konstansa şəhərində Rusiyaya məxsus konsulluğun bağlandığını və baş konsul Andrey Kosilinin “persona non grata” elan edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Romania Journal” nəşri məlumat yayıb.
Məlumata görə, qərar Rusiyaya məxsus pilotsuz uçuş aparatının Qalaç şəhərində yaşayış binasına zərbə endirməsindən sonra qəbul olunub.
Rumıniya Prezidenti bildirib ki, ölkənin təhlükəsizliyinə təhdid yaradan hallara qarşı sərt tədbirlər görüləcək.